ər Vs Arvad

  • Подписчики: 28 подписчиков
  • ID: 142536121
Блокировка:
Нет ограничений
Верификация:
Сообщество не верифицировано администрацией ВКонтакте
Видимость
открытое
Популярность:
У сообщества нет огня Прометея
Домен:
club142536121

Описание

Könül supermodel deyil... Yaşar da Bred Pite oxşamır... Onlar Milanda yaşamır. Yaşar adi mağazada adi idərəçidir. Könül isə reklam şirkətində menecerdir. Onların bizdən elə də fərqi yoxdur - sadə ailədirlər. Həmişə heç nəyin üstündə mübahisə edib bir-birini sonadək anlamasalar da, sevgilərinə söz yoxdur. Yaşar Könülü, Könül isə Yaşarı çox sevir. Amma sevgi hələ ideal münasibət demək deyil - Yaşar yanından keçən qadınların arxasınca baxır, Könül isə öz ehtirasını və istəyini gözəllik salonlarında, alış-verişdə soyudur... Yaşar öz qayınanasını həzm edə bilmir, Könül isə uşaq haqda düşünür. Bu xaosdur? Yox! Bizim qəhrəmanlarımız üçün bu adi normal həyat tərzidir. Onlar boş vaxtlarını səmərəli keçirmək öçün teatra, qalereyalara, hətta xəstəxanaya və psixiatr qəbuluna gedir. Bizi bir yerdə necə yaşamaq haqda yüzlərlə yeni macəra gözləyir. Süjetlərin mövzusu həyatımızda hər gün baş verən hadisələrdən götürüıüb, lakin istər mağazalarda alış-veriş etsinlər, istər kinoya getsinlər, səfərə çıxsınlar, yeni mənzil alsınlar, təmirlə məşqul olsunlar, qonaq qəbul etsinlər, fərqi yoxdur - hər dəfə və hər yerdə Yaşarla Könülün başına komik, eyni zamanda ibrətamiz hadisələr gəlir. Nəticə isə budur - canlı həyat, sanki real cütlük...